Gürcüstan İslam Akademiyası

Ümumi

Gürcüstan İslam Akademiyasında texniki hazırlıqlar yekunlaşır

22 Oktyabr 2026Müəllif Texniki Xidmət 1 dəq oxu

Gürcüstan İslam Akademiyası tədris fəaliyyətinə başlamaq üçün hazırlıq işlərinin son mərhələsini həyata keçirir. Zəngin dini və mənəvi irsi müasir elmi yanaşmalarla birləşdirməyi hədəfləyən Akademiya, təhsil prosesinin yüksək standartlara uyğun təşkili istiqamətində vacib addımlar atıb.

Məlumata görə, müəssisənin texniki və elektron infrastrukturu tam formalaşdırılıb. Tələbə və müəllim heyətinin istifadəsi üçün nəzərdə tutulan daxili alt sistem (idarəetmə platforması) və Akademiyanın rəsmi veb-saytı tam hazır vəziyyətə gətirilərək istifadəyə verilib. Rəqəmsal platformalar vasitəsilə tədris materiallarının idarə olunması, tələbə qeydiyyatı və məlumat mübadiləsi daha rahat və operativ şəkildə təmin ediləcək.

Hazırda Akademiyada dərslərin başlanması ilə bağlı təşkilati və kadr hazırlıqları sürətlə davam etdirilir. Yaxın vaxtlarda tədris proqramları və qəbul şərtləri barədə ətraflı məlumatın rəsmi sayt vasitəsilə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Şərhlər

Şərh yazmaq üçün daxil ol

Hələ şərh yoxdur.

Bu məzmun üçün daxil olmalısınız

Dərslər, mövzu izahları və suallar tələbə hesabı ilə açılır. Tanıtım səhifələri hamıya açıqdır.

Giriş Qeydiyyat