Gürcüstan İslam Akademiyası

Ümumi

Gürcüstan İslam Akademiyasında texniki hazırlıqlar yekunlaşır

22 Ekim 2026Yazar Texniki Xidmət 1 dk okuma

Gürcüstan İslam Akademiyası tədris fəaliyyətinə başlamaq üçün hazırlıq işlərinin son mərhələsini həyata keçirir. Zəngin dini və mənəvi irsi müasir elmi yanaşmalarla birləşdirməyi hədəfləyən Akademiya, təhsil prosesinin yüksək standartlara uyğun təşkili istiqamətində vacib addımlar atıb.

Məlumata görə, müəssisənin texniki və elektron infrastrukturu tam formalaşdırılıb. Tələbə və müəllim heyətinin istifadəsi üçün nəzərdə tutulan daxili alt sistem (idarəetmə platforması) və Akademiyanın rəsmi veb-saytı tam hazır vəziyyətə gətirilərək istifadəyə verilib. Rəqəmsal platformalar vasitəsilə tədris materiallarının idarə olunması, tələbə qeydiyyatı və məlumat mübadiləsi daha rahat və operativ şəkildə təmin ediləcək.

Hazırda Akademiyada dərslərin başlanması ilə bağlı təşkilati və kadr hazırlıqları sürətlə davam etdirilir. Yaxın vaxtlarda tədris proqramları və qəbul şərtləri barədə ətraflı məlumatın rəsmi sayt vasitəsilə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Yorumlar

Yorum yazmak için giriş yap

Henüz yorum yok.

Bu içerik için giriş yapmanız gerekiyor

Üniteler, konu anlatımları ve sorular öğrenci hesabına açıktır. Tanıtım sayfaları herkese açık kalır.